Yeniliklər
Şəbəkə Təhlükəsizliyinin Əsasları (CCNA - Security)
02 Noyabr, 2016

EduTech İT Təlim və Xidmətlər Mərkəzi yeni Şəbəkə Təhlükəsizliyinin Əsasları (CCNA - Security) təliminə start verir!
Kursu bitirən dinləyicilər şəbəkə təhlükəsizliyi konseptləri haqqında biliklər əldə edəcək, orta və geniş miqyaslı şəbəkələrin təhlükəsizliyini təmin edə biləcək və CCNA Security - 210-260 IINS imtahanı üçün praktiki biliklər əldə edəcəklər.

Təlim haqqında:
Tədris laboratoriya əsaslı olmaqla dinləyicilərin praktiki bacarıqlarının inkişaf etdirilməsinə yönəldilmişdir. Dərslər Azərbaycan dilində tədris edilir. Təlim həftədə 2 dəfə 2 saat olmaqla - 32 saatı əhatə edir.
Tələbələrə dərsliklər ingilis dilində, elektron variantda təqdim olunur. Əlavə olaraq dərslərdə istifadə olunan, təlimçilər tərəfindən hazırlanmış digər dərslik materialları və laboratoriya işləri təqdim olunur. Laboratoriya həm virtual, həm də mərkəzimizdə mövcud olan real fiziki avadanlıqlar üzərində həyata keçirilir. Laboratoriya mövzuları keçirilən kursun planına və real praktiki məsələlərə əsasən hazırlanır.

Tədris planı: http://bit.ly/2en12o3

Tələblər : Təlimə qatılacaq dinləyicilər CCENT sertifikatlı və ya ekvivalent şəbəkə biliklərinə malik olmalıdır.

Müddət: 2 ay (32 saat)

Təlim CİSCO məhsulları üzrə təcrübəli  mütəxəssis Rizvan Bayramov (CCİE#49908) tərəfindən həyata keçiriləçək.

Qeydiyyat üçün: http://edutech.az/trainings (qeydiyyat düyməsi seçin) və ya nömrələrimizə zəng edin : +994 50 205 10 37/38

E-mail: info@edutech.az; education@edutech.az

Qeyd: Korporativ qiymətlər üçün bizimlə əlaqə yaratmağınız xahiş olunur.