Təcrübəli mütəxəssis heyətimiz dünyanın bir çox qabaqcıl texnoloji şirkətlərinin məhsulları üzrə yüksək səviyyəli IT Outsourcing və eyni zamanda 7/24 texniki məsafədən və yerində dəstək təklif edir. Bununla yanaşı iri həcmli layihələrin icrası zamani digər İT şirkətləri ilə əməkdaşlıq çərçivəsində layihələrin idarə olunmasında, icrasında birbaşa və ya subpodratçı qismində iştirak edir.
EEyni zamanda şirkətimiz mütəxəssislərə fərdi olaraq çətinlik çəkdiyi problemlərin, infrastrukturunda yaranmış nasazlıqların aradan qaldırılmasına və mütəmadi olaraq konsultasiyaların təşkilini təklif edir.
Texnologiyanın sürətlə dəyişdiyi bir dövrdə yüzlərlə müasir həlləri özündə birləşdirib xidmətlər toplusu yardan və ən böyük bulud məlumat mərkəzlərinə sahib olan Microsoft-un rəsmi olaraq Azərbaycandakı əsas Bulud tərəfdaşlarından biri kimi, yerli və beynəlxalq mütəxəssislərimiz vasitəsilə Microsoft Azure, Office 365, Azure ATP, Intune və s. kimi Bulud servislərinin geniş çərçivədə xidmətlərinin satışını, eyni zamanda tətbiq və texniki dəstəyini həyata keçiririk.
Microsoft və Google şirkətləri ilə tərəfdaşlıq çərçivəsində bulud əsaslı Office 365, G Suite, Microsoft Team, OneDrive, Hibrid həllərin tətbiqini, satışını, miqrasiyası və texniki dəstəyini həyata keçiririk.
Eyni zamanda Microsoft Exchange Server məhsulunun satışı və qurulumunu, xüsusilə kompleks miqrasiyaların icrasını, hibrid inteqrasiyaların tətbiqini və texniki dəstəyini həyata keçiririk.
Virtuallaşdırma sahəsində, xüsusilə də Hyper-V, Vmware VSphere məhsullar üzrə ixtisaslaşmış kadrlarımızla xidmətinizdəyik:
Virtual mühitin qurulması, fiziki mühitin virtual mühitə miqrasiyası, yüksək əlçatanlılıq, daxili Bulud mühitinin yaradılmasını, System Center məhsullarının tətbiqini və texniki dəstəyini həyata keçiririk.
Şirkətimiz yeni texonlogiyalar əsasında yaratdığı insan qaynaqları, elektron sənəd dövriyyəsi kimi öz daxilim məhsularını sizlərə təklif edir və eyni zamanda 1C proqram təminatının qurulmasını, texiniki dəstəyini, bu səpkidə proqram təminatlarının Bulud mühitinə optimallaşdırılmasını Bulud mühitində Web texonlogiyaların tətbiqini və xidmətlərini həyata keçirir.
Təcrübəli mütəxəssis heyətimizlə birgə qabaqcıl texnoloji şirkətlərinin Server, Saxlanc və digər məhsulları üzrə avadanlıqlarının satışı, quraşdırılmasını və 7/24 texniki xidmətlərini təklif edirik.
Bununla yanaşı şirkətimiz Windows və Linux əsaslı Server ƏS əsasında günümüzdə İT infrastruktur üçün gərəkli olan xidmətlərin qurulumunu, bulud mühitinə daşınmasını və texniki dəstəyini təklif edirik.
Texnologiyanın günümüzdə sürətlə inkişaf etdiyi bir dövrdə sabit və təhlükəsiz kommunikasiya xüsusi əhəmiyyətlə malikdir. Şirkətimiz, təcrübəli komandası ilə birgə bu istiqamətdə texniki xidmətlə yanaşı öz portfoliosu üzrə dünyanın qabaqcıl F5, Cisco, HP, Fortinet, Juniper, Palo Alto, Sophos, Check Point kimi şirkətlərin məhsullarının təminatını həyata keçirir və eyni zamanda qurulumlardan sonra müştəriləri ilkin idarəetmə təlimlərini, eyni zamanda həmin məhsullar üzrə texniki dəstəyini təklif edirik.
İT-nin bir çox istiqamətlərində infrastrukturunuzun əsaslı analizini, server, şəbəkə, təhlükəsizlik və digər texnologiyalar üzrə geniş həcmli Audit xidmətlərini, IT standartlarının tətbiqində təcrübəli mütəxəssislərimizin tövsiyələrini və həllərini təklif edirik.